İran sanksiyaların ləğvi müqabilində nüvə proqamında güzəştə gedə biləcəyini açıqlayıb
Tehran sanksiyaların ləğvi müqabilində güzəşt olaraq öz nüvə proqramının həmişə dinc məqsədli qalacağını təmin etməyə hazırdır.
"Far.Az" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
XİN rəhbəri danışıqlar masasına qayıtmaq üçün İranın güzəştə getmə ehtimalı barədə aparıcının sualını cavablandırıb.
"Biz nüvə proqramımızın dinc xarakterinə zəmanət verə bilərik, onun həmişə dinc qalacağını təmin edə bilərik. Əvəzində sanksiyaların ləğv olunmasını gözləyirik", - Əraqçi bildirib.
XİN başçısı həmçinin Tehranın öz raket proqramından imtinanı müzakirə etməyə hazır olmadığını da bəyan edib. Əraqçi bunu ölkənin milli təhlükəsizliyinin və müdafiəsi ilə əlaqələndirib.
"Ballistik raketlər bizim müdafiə və ən etibarlı qorunma vasitəmizdir, bu məsələ müzakirə olunmur. Təhlükəsizliyimiz və müdafiəmiz üçün bizə lazım olduğu bir halda, nə üçün ballistik raketlərimizlə bağlı danışıqlar aparmalıyıq?" – o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













