İranda etirazlar 25 gündür davam edir: ölənlərin sayı 4 519-a çatıb
İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları 25-ci gününə daxil olub. ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, indiyədək aksiyalar zamanı ölənlərin sayı 4 519 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən iğtişaşlar nəticəsində 26 min 314 nəfər saxlanılıb. Ölənlər arasında 197 təhlükəsizlik əməkdaşının olduğu bildirilir. HRANA-nın əvvəlki hesabatında ölənlərin sayı 4 029 nəfər göstərilmişdi.
Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın dəyərdən düşməsi və iqtisadi çətinliklər səbəbilə Tehranda Böyük Bazarda başlayaraq qısa müddətdə digər şəhərlərə yayılıb. Yanvarın əvvəlində paytaxtda etirazların şiddətlənməsindən sonra hakimiyyət internetə çıxışı məhdudlaşdırıb, son günlərdə isə bağlantının qismən bərpa olunduğu bildirilir.
İran rəsmiləri hələlik ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla yanaşı, 3 700-dən çox təhlükəsizlik əməkdaşının yaralandığı, hadisələri qızışdırmaqda şübhəli bilinən 3 min nəfərin saxlanıldığı bildirilib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei isə yanvarın 17-dəki çıxışında etirazlar zamanı İsrail və ABŞ-lə əlaqəli şəxslərin ciddi dağıntılara və minlərlə insanın ölümünə səbəb olduğunu iddia edib.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













