AQTİ Azərbaycana Somalidən ət gətirilməsi iddialarına münasibət bildirib
Far.Az xəbər saytı

AQTİ Azərbaycana Somalidən ət gətirilməsi iddialarına münasibət bildirib


Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sədri Əli Nəbiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:

"Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il Azərbaycana qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. Bu da qurban əti olub və ölkəyə humanitar məqsədlə gətirilib".

Qeyd edək ki, son dövrlər mediada Azərbaycana Somalidən ət gətirildiyi barədə xəbərlər yayılıb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər