Polşa NATO-nu müdafiə xərclərini 2030-cu ilə qədər artırmağa çağırıb
Far.Az xəbər saytı

Polşa NATO-nu müdafiə xərclərini 2030-cu ilə qədər artırmağa çağırıb


Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO ölkələrini 2030-cu ilə qədər hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmağa çağırıb.

"Far.Az" xəbər verir ki, nazir bu barədə Polşada akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüşdə çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, biz 2035-ci ilə qədər gözləməməliyik, NATO ölkələri silahlanma xərclərini 2030-cu ilə 5 % səviyyəsinə çatdırmalıdırlar", - Kosinyak-Kamış qeyd edib.

Qeyd edək ki, NATO ölkələrinin liderləri Vaşinqtonun təşəbbüsü ilə 2025-ci ilin iyununda Haaqada keçirilmiş sammitdə müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5 %-nə kimi artırmağa razılaşıblar.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər