Makron Rusiyanın Xarkovda sərnişin qatarına hücumunu pisləyib
Fransa Rusiyanın Ukraynanın mülki əhalisinə və enerji infrastrukturuna zərbələrini qəti şəkildə pisləyir.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığından sonra "X" sosial şəbəkəsində yazıb.
"Mən Prezident Zelenski ilə fikir mübadiləsi apardım. Xarkov vilayətində sərnişin qatarına dünənki hücum qəbuledilməzdir. Fövqəladə vəziyyət qarşısında biz səfərbər oluruq", - paylaşımda bildirilib.
Makron, həmçinin qeyd edib ki, Fransanın həmsədrlik etdiyi G7+ iclasının nəticəsinə əsasən, soyuq qış dövründə əhaliyə kömək üçün Ukraynaya generatorlar göndəriləcək.
"Fransanın mövqeyi aydındır: biz Ukraynanı özünümüdafiə və Rusiyanın apardığı təcavüzkar müharibəyə qarşı çıxa bilməsi üçün lazımi qədər dəstəkləyəcəyik. Ukrayna, həmçinin "İstəklilər Koalisiyası" çərçivəsində Fransaya güvənə bilər. Biz Ukrayna və Avropanın təhlükəsizliyi üçün ədalətli və davamlı sülh üçün şərait yaratmağa davam edirik", - fransalı lider vurğulayıb.
O əlavə edib ki, söhbət zamanı tərəflər Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların nəticələrini müzakirə ediblər: "Biz belə bir ümumi fikrə gəldik ki, avropalılar onlara aid olan müzakirələrə tam cəlb olunmalıdırlar. Rusiya sülhdən yayınmağa davam etdiyi müddətcə Paris ona qarşı təzyiqi artırmağa davam edəcək. Avropa ölkələri Rusiyaya, xüsusilə də "kölgə donanması"na qarşı yeni sanksiyalar hazırlayırlar".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













