FES: ABŞ-də məşğulluq artımının yavaşlaması immiqrasiyanın azalması ilə əlaqəlidir
Far.Az xəbər saytı

FES: ABŞ-də məşğulluq artımının yavaşlaması immiqrasiyanın azalması ilə əlaqəlidir


Federal Ehtiyat Sistemi (FES, ABŞ-də Mərkəzi Bank funksiyasını yerinə yetirir) rəhbərliyi hesab edir ki, ABŞ-də məşğulluq artımının yavaşlaması immiqrasiyanın azalması ilə əlaqəli ola bilər.

"Far.Az"un məlumatına görə, bunu Federal Ehtiyat Sisteminin İdarə Heyətinin sədri Jerom Pauell mətbuat konfransında bildirib.

"Son bir ildə məşğulluq artımının yavaşlamasının əhəmiyyətli hissəsi immiqrasiyanın və işçi qüvvəsinin iştirakının azalması səbəbindən işçi qüvvəsinin genişlənmə tempinin azalmasını əks etdirir, baxmayaraq ki, işçi qüvvəsinə tələbat da açıq şəkildə azalıb", - o deyib.

"İş yerlərinin açılması, işdən çıxarılma, işə qəbul və nominal əmək haqqının artması da daxil olmaqla digər göstəricilər son aylarda əsasən dəyişməz qalıb", - nizamlayıcının rəhbəri əlavə edib.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FES rəhbəri ABŞ Ədliyyə Nazirliyinin ona qarşı cinayət ittihamları irəli sürməyə hazırlaşdığını bəyan edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər