İstanbulda məhbusları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs yaralanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

İstanbulda məhbusları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs yaralanıb - YENİLƏNİB


Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtobusun aşması nəticəsində 19 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə İstanbul valiliyinin "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, 12 məhkum, 6 jandarm və 1 sürücü yaralanıb.

Jandarmlardan ikisinin vəziyyəti ağırdır.

Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtobus naməlum səbəbdən aşıb.

"Far.Az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, avtobusda sürücü ilə yanaşı, 12 məhbus, 4 jandarma əməkdaşı olub.

Qəza nəticəsində ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə məhbus olduğu bildirilib. Digər 8 yaralıdan 4-ü jandarma əməkdaşı, 4-ü isə məhbusdur.

Hadisənin səbəbi araşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İstanbulda məhbusları daşıyan avtobus aşıb, 10 nəfər yaralanıb
Daxili qanaxma keçirən 49 yaşlı aktyorun vəziyyəti ağırdır
Bakıda avtobusda kondisioner işləmədiyi üçün sərnişinin ürəyi getdi - AÇIQLAMA
Bakıda avtobusda kondisioner işləmədiyi üçün sərnişinin ürəyi getdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər