ABŞ və Meksika barışır
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Mexiko şəhərləri arasında yaxın gələcəkdə görüşlərin keçiriləcəyini açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığından sonra "Truth Social"da yazıb.
"Hər iki ölkə üçün olduqca yaxşı keçdi. Diqqət sərhəd məsələlərinə, narkotik qaçaqmalçılığına və ticarətə yönəlmişdi. Tezliklə yenidən əlaqə saxlayacağıq və nəhayət ölkələrimizdə görüşlər təşkil edəcəyik. Meksikanın gözəl və çox ağıllı bir lideri var - onlar bundan çox məmnun olmalıdırlar!" deyə o yazıb.
Öz növbəsində, Şeynbaum "X" sosial şəbəkə hesabında iki ölkə arasında ticarət və ikitərəfli münasibətlər üzrə danışıqlarda irəliləyiş barədə məlumat verib.
"ABŞ Prezidenti Donald Trampla məhsuldar və səmimi söhbətimiz oldu. Biz ticarət və ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edirik. Hər iki komandanın birlikdə işləməyə davam edəcəyi barədə razılığa gəldik. Həmçinin, Vaşinqtona bu yaxınlarda səfərim zamanı tanış olduğum həyat yoldaşı Melaniyanı (Tramp) salamlamaqdan məmnun oldum", - deyə o yazıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













