Münhen Təhlükəsizlik Konfransının sədri Qərb ölkələrinə çağırış edib
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Avropanın NATO-nun nüvə silahlarından çəkindirmə sistemində daha fəal iştirakına çağırıb.
"Far.Az"un məlumatına görə, o, bunu DPA agentliyinə bildirib və qeyd edib ki, Almaniya bu məsələdə xüsusi rol oynaya bilər.
İşinger vurğulayıb ki, Fransa və Böyük Britaniya hələ də əsasən ABŞ tərəfindən idarə olunan Şimali Atlantika Alyansının nüvə çətirinə əvvəlkindən daha böyük töhfə verə bilər:
"Əgər buna bənzər bir şey baş verərsə, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünütəsdiq siqnalı olardı".
Onun fikrincə, Almaniya Avropa ilə ABŞ arasında "körpü qurucusu" rolunu öz üzərinə götürə bilər və bu cür mülahizələrin "Vaşinqtonda səhv başa düşülməməsini" təmin edə bilər:
"Çünki amerikalılar deyə bilərlər ki, "onlar indi fransızlarla əməkdaşlıq edirlər, bu da o deməkdir ki, artıq nüvə silahlarımıza çəkindirici vasitə kimi ehtiyac duymurlar". Bundan qaçmaq lazımdır".
Ekspert qeyd edib ki, bu cür danışıqlar indi başlamalı və məxfi olmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













