SOCAR yetkin yataqların rentabelliyi üçün alternativ texnologiyaları araşdırır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yetkin yataqların rentabelliyini təmin etmək üçün alternativ texnoloji həlləri araşdırır.
"Report" xəbər verir ki, bunu "SOCAR Upstream Operation Management"in direktorunun Qazma, tamamlama və quyulara müdaxilə üzrə müşaviri Vüsal Rəcəbov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, şirkət tükənmiş aktivlərdə hasilatın iqtisadi səmərəliliyini qorumaq üçün bütün mövcud alətlər spektrini nəzərdən keçirir: "Söhbət sıxlaşdırıcı qazma, yan lülələrin qazılması, eləcə də çoxdibli quyuların tikintisindən gedir. Biz artıq üçüncü səviyyədə mürəkkəb olan çoxdibli quyuların qazılması sahəsində təcrübəyə malikik və hazırda aktivlərimiz üçün 3 və 5-ci səviyyələrin tətbiqi potensialını yenidən qiymətləndiririk".
V.Rəcəbov vurğulayıb ki, yetkin yataqlarda yeni quyuların qazılması ciddi texniki məhdudiyyətlərlə müşayiət olunur: "Layların tükənməsi səbəbindən biz lay təzyiqi ilə hidravlik parçalanma təzyiqi arasında son dərəcə dar pəncərə şəraitində işləyirik ki, bu da qazma və tamamlama proseslərini olduqca mürəkkəbləşdirir. Diametri çox kiçik olan köhnə quyuların konstruksiyası əlavə çətinliklər yaradır".
O bildirib ki, bununla əlaqədar SOCAR alternativ texnologiyaları fəal şəkildə araşdırır: "Bizim üçün ən aktual mövzulardan biri çevik nasos-kompressor boruları ilə qazmadır – komanda hazırda bu texnologiyanın potensialını ətraflı şəkildə qiymətləndirir. Bundan əlavə, ultrakiçik əyrilik radiusu ilə qazma üzrə həllər, o cümlədən qoruyucu kəmərin daxilində meylləndirici paz quraşdırmağa və bilavasitə məhsuldar layın yaxınlığında kəsim aparmağa imkan verən texnologiyalar nəzərdən keçirilir".
V.Rəcəbovun sözlərinə görə, "yetkin aktivlər"lə iş standart yanaşmalardan kənara çıxmağı və qeyri-standart mühəndislik həllərinin tətbiqini tələb edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













