AUC2026 çərçivəsində "Dizayn günləri" formatında praktiki sessiyalar keçirilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində təşkil olunan "Dizayn Günləri" praktiki sessiyaları yekunlaşıb.
"Far.Az" WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, yanvar ayı ərzində sessiyalarda ümumilikdə 60-dan çox memarlıq tələbəsi və şəhərsalma üzrə gənc mütəxəssis iştirak edib. Hər sessiyada iştirakçılar sahə araşdırmaları aparıb, mövcud şəhər məkanlarının sosial, ekoloji və funksional potensialını təhlil edib və konseptual yanaşmalar formalaşdırıb.
Tədbirlər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Design Bureau" MMC-nin təşkilatçılığı ilə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən AUC2026 çərçivəsində keçirilib. Sessiyalar zamanı Bakının tarixi mərkəzində dam məkanlarının dayanıqlı şəhər inkişafı üçün yeni resurs kimi dəyərləndirilməsi istiqamətində sahə tədqiqatları aparılıb, mikroiqlim, təbii ventilyasiya və istilik komfortu kimi amillər nəzərə alınmaqla konseptual ideyalar hazırlanıb. Eyni zamanda Bakı bulvarında sahilyanı məkanların sosial, ekoloji və funksional potensialı qiymətləndirilib, promenadın daha aktiv və funksional istirahət zonasına çevrilməsi üçün yanaşmalar işlənib.
Digər sessiya çərçivəsində mövcud parklar və az istifadə olunan açıq məkanlar əsasında vahid "yaşıl dəhliz" sistemi daxilində əlaqələndirmə imkanları təhlil olunub, ekoloji dayanıqlıq, sosial inklüzivlik, piyada və velosiped əlçatanlığı əsas meyarlar kimi götürülüb. Silsilə çərçivəsində gündəlik şəhər məkanlarının uşaqların gözü ilə yenidən düşünülməsi mövzusunda sessiya da keçirilib və şəhər mühitinin uşaqlar üçün daha təhlükəsiz, inklüziv və keyfiyyətli ictimai məkanlara çevrilməsi üzrə yanaşmalar müzakirə edilib.
Qeyd etmək lazımdır ki, #AUC2026 çərçivəsində "Dizayn günləri" kimi praktiki sessiyaların keçirilməsi gənc peşəkar icmanın şəhər məkanlarının təhlili və konseptual həllərin hazırlanması üzrə praktiki bacarıqlarının gücləndirilməsi məqsədilə gələcəkdə də davam etdiriləcək.
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub













