Bakıda Avropa bilik yarışması keçirilir
Far.Az xəbər saytı

Bakıda Avropa bilik yarışması keçirilir


Bakıda "Avropa viktorinası" 2026 beşinci intellektual müsabiqəsi keçirilir.

"Report" xəbər verir ki, müsabiqə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən gənc Avropa səfirləri şəbəkəsi (GAS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Builki yarışa maraq rekord səviyyəyə çatıb. Belə ki, iştirak üçün 130-dan çox komanda və 520-dən artıq şəxs müraciət edib.

Müsabiqə ölkənin hər yerindən perspektivli gəncləri - məktəbliləri və ali məktəb tələbələrini bir araya gətirib, Avropa, onun dəyərləri və müxtəlifliyi haqqında biliklərin genişləndirilməsi üçün platforma olub.

Açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç qeyd edib ki, Avropa İttifaqı ölkə gənclərini dəstəkləyir, qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə çalışır.

Onun sözlərinə görə, məhz gənclər cəmiyyətlər arasında körpülərin qurulmasında mühüm rol oynayır, bu cür təşəbbüslər isə bilik və təcrübə mübadiləsinə kömək edir.

Qeyd edək ki, müsabiqənin finalında 69 iştirakçını təmsil edən 18 komanda iştirak edir. Seçim mərhələlərinin nəticələrinə əsasən finala qalan dörd komanda müəyyən ediləcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər