Qərbi Azərbaycan Xronikası: Azərbaycanın alt qatlarında 5000 illik tarix gizlənir
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Far.Az" xəbər verir ki, buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli arxeoloji qazıntılarda qədim Azərbaycan dövlətçiliyinin tarixindən danışıb.
O bildirib ki, Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi var:
"Arxeoloji qazıntılar Azərbaycan dövlətçiliyinin qədimliyini sübut edir. Naxçıvanda tapılan şəhər mədəniyyəti indiyədək olan tarixi dəyişir. Qarabağ abidələri Azərbaycan tarixinə yeni faktları gətirir. Gəncə-Qazax bölgəsi arxeologiyada mühüm yenilikləri ortaya qoyur. Naxçıvan qədim Yaxın Şərqin açar bölgələrindən biridir. Cənubi Azərbaycan və Urmiya hövzəsi sivilizasiya mərkəzi sayılır".
Tarixçinin sözlərinə görə, qədim Azərbaycanın tarixi yazılı mənbələrlə deyil, qazıntılarla da öyrənilməlidir: "Üzərliktəpə 4 min il əvvəl Azərbaycanda şəhər həyatının mövcudluğunu sübut edir. Qədim qalalar və qəbir abidələri Azərbaycanda ilk siyasi birliklərin dəqiq tarixini müəyyən edir. Tunc dövrü Azərbaycan tarixində dönüş nöqtəsidir. Bakı-Tbilisi-Ceyhan layihəsi arxeologiyada yeni mərhələ açdı".
N. Müseyibli Azərbaycanda ilk dövlət izlərinin harada tapılması, beş min il əvvəlki həyatın necə olması, radiokarbon analizləri ilə Azərbaycan tarixinin yenidən yazılması, eləcə də xarici alimlərin Azərbaycanda hansı sirrləri araşdırması ilə bağlı fikirlərini bölüşüb.
Daha ətraflı linkdə:
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Qərbi Azərbaycan Xronikası: "Qafqazda Ermənistan olmayıb" iddiası antik mənbələrlə necə təsdiqlənir?"
Azərbaycanda silah istehsalının erkən mərhələləri - Qərbi Azərbaycan Xronikası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













