Qocalar evindəki 66 yaşlı kişi Ajda Pekkanın vokalistinə açıq-saçıq videolar göndərib
Far.Az xəbər saytı

Qocalar evindəki 66 yaşlı kişi Ajda Pekkanın vokalistinə açıq-saçıq videolar göndərib


Müğənni Ajda Pekkanın vokalisti Tuğba Tufantepe sosial şəbəkələrdən ona təcavüz xarakterli mesajlar gəldiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Far.Az xəbər verir ki, 42 yaşlı sənətçi verdiyi şikayətdə bildirib ki, 66 yaşlı Ö. B. adlı şəxs tərəfindən ona davamlı olaraq təcavüz xarakterli mesajlar və etik normalara zidd videolar göndərilib.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı sözügedən şəxsin İstanbulda yerləşən qocalar evində yaşadığı müəyyən olunub.

Ö. B. istintaqa verdiyi ifadəsində mesajları özü göndərdiyini etiraf edib, lakin videoların qocalar evində qalan başqa şəxslər tərəfindən göndərilmiş ola biləcəyini deyib.

Toplanan dəlillər əsasında prokurorluq Ö. B. barəsində "cinsi təcavüz" maddəsi ilə cinayət işi açıb və onun 2 ilədək azadlıqdan məhrum edilməsini tələb edib.

Tuğba Tufantepe ifadəsində hazırda Dubayda yaşadığını, ona fasiləsiz şəkildə göndərilən "Aşkım", "Bebeğim" kimi mesajların psixoloji narahatlıq yaratdığını deyib.

Qocalar evindəki 66 yaşlı kişi Ajda Pekkanın vokalistinə açıq-saçıq videolar göndərib

Oxşar xəbərlər

Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər