Mirzoyan və Helberq Ermənistan-ABŞ enerji əməkdaşlığının perspektivlərini müzakirə edib
Far.Az xəbər saytı

Mirzoyan və Helberq Ermənistan-ABŞ enerji əməkdaşlığının perspektivlərini müzakirə edib


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.

Məlumata görə, görüşdə "Enterprise Armenia"nın baş direktoru Qoar Abacyan iştirak edib.

Tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın ardıcıl inkişafına yönəlmiş cari və yeni təşəbbüsləri müzakirə ediblər. Tərəflər həmçinin kritik vacib mineralların və nadir torpaq elementlərinin tədarük zəncirlərini, eləcə də infrastrukturun inkişafı məsələlərini müzakirə ediblər.

İki ölkənin nümayəndələri yüksək texnologiyalar sahəsinə investisiyaların cəlb edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə fəal işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər