"Expressbank" Quba-Xaçmaz regionundakı sahibkarlar üçün "Maliyyə savadlığı" təlimi keçirib
"Expressbank" ASC Xaçmaz KOB evinin dəstəyi ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində mikro sahibkarlar üçün maliyyə savadlılığı mövzusunda təlim təşkil edib.
Təlim zamanı "Expressbank"ın Biznes Bankçılıq Departamentinin Mikro kreditlər şöbəsinin rəhbəri Yaşar Cabarov iştirakçılara biznesin maliyyə idarəetməsi, kredit müraciətlərinin təhlili və banklarla düzgün kommunikasiya qurulması barədə geniş məlumat verib. Təlim proqramı çərçivəsində mikro sahibkarlar üçün aşağıdakı vacib mövzular əhatə olunub:
· Maliyyə planlaması: Gəlir və xərclərin effektiv idarə olunması;
· Büdcə idarəçiliyi və maliyyə intizamı
· Yığım mədəniyyətinin biznesin dayanıqlılığındakı rolu;
· İnvestisiya strategiyası
· Bank məhsulları: Biznesin genişləndirilməsi üçün mikro kreditlər və xüsusi şərtlər;
· Kredit mədəniyyəti və düzgün borclanma;
· Rəqəmsal bankçılıq: Vaxta qənaət edən və biznes proseslərini asanlaşdıran onlayn həllər.
İnteraktiv formatda keçən görüşdə sahibkarların sualları cavablandırılıb və real biznes keysləri əsasında praktiki tövsiyələr verilib.
Tədbirin sonunda çıxış edən Xaçmaz KOB evinin rəhbəri Azər Pənahov regionda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O, bu növ maarifləndirici təlimlərin sahibkarların gələcək fəaliyyətlərindəki rolunu yüksək qiymətləndirərək, KOB evlərinin hər zaman biznes nümayəndələrinə dəstək olduğunu və banklarla bu cür əməkdaşlıqların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"Expressbank" regionlarda kiçik və orta biznesin inkişafına töhfə vermək məqsədilə maarifləndirmə missiyasını gələcəkdə də davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, "Expressbank" Bakı, Xaçmaz və digər bölgələrdə olmaqla, ümumilikdə 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













