Azərbaycanın dövlət büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.
Büdcənin gəlirləri proqnozdan 0,9 % çox, xərcləri isə 4,2 % az icra olunub.
Son nəticədə ötən ay büdcədə 2 milyard 707,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 28,9 % çoxdur.
Ay ərzində büdcə gəlirlərində İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və yaxud 2,5 %, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və yaxud 0,4 %, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və yaxud 4,4 %, sair daxilolmalar 31 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və yaxud 11,2 % çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnozdan 26,9 % az, Dövlət Neft Fondundan transfert isə 1 milyard 70 milyon manat təşkil edərək proqnoza qarşı 100 % icra olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycanda büdcə qaydası dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













