"France 24"ə müsahibəsində İlham Əliyev ölkənin prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan etdi - RƏY
Prezident İlham Əliyevin Münxendə "France 24" telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin, strateji prioritetlərinin və prinsipial siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.
Bunu "Far.Az"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil və qətiyyətli siyasət kursunun növbəti dəfə beynəlxalq auditoriyaya aydın və əsaslandırılmış şəkildə təqdimatıdır.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı ölkənin prinsipial mövqeyini və əsas şərtlərini bir daha açıq şəkildə bəyan etdi:
"Regionda davamlı sülhün təmin olunması üçün ilk növbədə qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin tanınması fundamental şərtdir. Fikrimcə, sülh sazişi real hüquqi və siyasi əsaslara söykənməli, gələcəkdə hər hansı revanşist meyillərə yol verməyən mexanizmləri özündə ehtiva etməlidir".
S.Salmanova bildirib ki, Prezident İlham Əliyev jurnalistin Bakıda Azərbaycan məhkəməsinin hökm çıxardığı separatçılarla bağlı sualını dəqiqliklə əsaslandırıb və tutarlı arqumentlərlə cavablandırıb:
"Prezident İlham Əliyev vurğuladı ki, "ABŞ-nin Vitse-prezident Cey. Di. Venslə Bakıda bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam". Onlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan, o cümlədən Ermənistan tərəfindən də qəbul edilən suveren ərazisində uzun illər qanunsuz fəaliyyət göstərmiş separatçı rejimin rəhbərləri olublar. Həmin rejim Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin əsas alətlərindən biri kimi çıxış edib və bölgədə davamlı gərginliyin, silahlı toqquşmaların və humanitar fəlakətlərin əsas səbəblərindən olub".
S.Salmanova vurğulayıb ki, bu şəxslər azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır cinayətlərin, o cümlədən müharibə cinayətlərinin bilavasitə təşkilatçıları və icraçıları kimi tanınır:
"Onların fəaliyyəti nəticəsində dinc əhali hədəfə alınıb, yaşayış məntəqələri dağıdılıb, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulub. Uzun illər bu cinayətlərə hüquqi qiymət verilməsi mümkün olmasa da, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ədalətin təmin edilməsi istiqamətində ardıcıl addımlar atılıb".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













