Xumar Qədimova "Kurtlar Vadisi"nin aktyorunu klipinə çəkdi
Gözəl ifaları ilə hər zaman səs-küy yaradan Azərbaycan incəsənətinin incisi Xumar Qədimova daha bir fərqli işini təqdim edib.
Far.Az xəbər verir ki, Əməkdar artist bu dəfə dərin məna və poetik ruh daşıyan "Gəl, şəklini çəkim dünya" adlı mahnıya klip çəkdirib.
Bəstənin sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur. Mahnının duyğusal ab-havasını tamamlayan klarnet ifası da məhz Uqonun öz təqdimatıdır.
Lirik mahnının ekran işi rejissor Natiq Novruza həvalə edilib. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Çəkilişlər Qubada aparılıb.
Qədimova mahnını yayımlayaraq "Nəhayət ki, təkrar-təkrar dinləyəcəyimiz, dünya dolu nəğməmiz gəldi. Bu gözəl nəğmə bu dünyaya sığmayanlar üçündür. Gəl, şəklini çəkim, dünya!" sözlərini bildirib.
Qədimovanın "Gəl, şəklini çəkim dünya" ifası bu gündən rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımdadır.
Oxşar xəbərlər
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Miri Yusif bu şəkilləri ilə diqqət çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













