İlham Əliyev: Tranzit imkanları yaratdıqlarına görə gürcüstanlı dostlarımıza təşəkkür edirəm
Far.Az xəbər saytı

İlham Əliyev: Tranzit imkanları yaratdıqlarına görə gürcüstanlı dostlarımıza təşəkkür edirəm


Azərbaycan artıq Ermənistanla əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

Dövlət başçısı bildirib ki, yüklərin daşınmasında bütün məhdudiyyətləri Azərbaycan ərazisində aradan qalırılıb:

"Gürcüstanlı dostlarımıza da təşəkkür edirik ki, onlar çox mühüm tranzit imkanlarını yaradıblar. Çünki yüklər Azərbaycan ərazisindən Gürcüstan vasitəsilə Ermənistana gedir. Daha sonra biz onlar üçün mühüm olan neft məhsullarını ixrac edirik".

Azərbaycan Prezidenti vurğulayıb ki, TRİPP marşurutu yeni bağlantı yaradır:

"Çindən Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, Naxçıvan, Türkiyə və daha sonra Avropaya gedən marşrutla tamamilə yeni vəziyyət yaradacağıq. Bu bütün ölkələr üçün faydalı olacaq".

İlham Əliyev deyib ki, bu marşrutda yerləşən bütün ölkələr həm siyasi, həm iqtisadi baxımından inteqrasiya edəcək. Bu, Azərbaycan-Ermənistan arasında uzun müddətli və daimi sülhə töhfə olacaq.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər