İran prezidentindən iddialı vəd: Rəşt-Astara xətti nə vaxt açılacaq?
İran Prezidenti Məsud Pezeşkian "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin inkişafına maneə törədən bütün əngəllərin martın sonunadək aradan qaldırılacağına söz verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu nəhəng layihə çərçivəsində Tehran və Moskva İran körfəzi limanlarına birbaşa tranzit keçidi təmin edəcək strateji əhəmiyyətə malik Rəşt-Astara dəmir yolu hissəsini birgə inşa edirlər.
"İran və Rusiya arasındakı münasibətlər olduqca möhkəmdir. Tərəflər arasında çoxsaylı sazişlər imzalanır və uğurla icra olunur. Nəzərdə tutulan dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonunadək (İran təqvimi üzrə ilin sonu 2026-cı il martın 20-nə təsadüf edir - red.) mövcud baryerləri tamamilə aradan qaldıracağıq", - deyə İran prezidenti bildirib.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində 160 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair razılaşma imzalayıblar. İran körfəzi limanlarına maneəsiz çıxışı təmin etməyi hədəfləyən bu layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirmə, tikinti işləri, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













