"Azərişıq" Şahdağ istiqamətində elektrik xətlərini yeniləyir
Far.Az xəbər saytı

"Azərişıq" Şahdağ istiqamətində elektrik xətlərini yeniləyir


"Azərişıq ASC Şahdağ istiqamətində elektrik təsərrüfatında təmir-pərpa, sazlama işlərinə start verib.

"Far.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, yararsız dayaqlar yenilənir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Son günlərdə yağan güclü qar və şaxtalı hava da əməkdaşlarımız üçün maneə deyil. Bütün çətinliklərə baxmayaraq Şahdağ istiqamətində işlər fasiləsiz davam edir. Şahdağ istiqamətində 6 kənddə – Çubuqlu, Bədirqala, Langi, Aladaş, Laza, Əlix kəndlərində təmir-bərpa və yenidənqurma işləri aparılır.

Şahdağ istiqamətində görülən işlər yekunlaşdıqdan sonra Qusarda həm mərkəz, həm də ətraf kəndlər daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Həmçinin, görülən işlər Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) də əhatə edib. Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib. Hazırda region üzrə 17 kənddə yenidənqurma işləri davam etdirilir.

Xaçmaz RETSİ ərazisinə daxil olan Qusar rayonunda bir neçə kənddə təmir-bərpa işləri yekunlaşdırılıb. Yenidənqurma işləri nəticəsində 110/35/10 kV-luq "Qusar" yarımstansiyası ilə 35/10 kV-luq yarımstansiya arasında 35 kV-luq ikidövrəli xətt çəkilib. Yuxarı Tahircal kəndinin 10 kV-luq elektrik şəbəkəsi də yenidən qurulub. Eyni zamanda 0,4 kV-luq xətlərdə cari təmir və yenidənqurma işləri aparılıb. Həmçinin Əvəcük, Gündüzqala, Xürəl, Köhnə Xudat qazmalar kəndlərinin elektrik şəbəkəsi də tamamilə yenilənib.

Xatırladaq ki, "Azərişıq" bütün regionlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, enerji itkisini minimuma endirməkdir.

"Azərişıq" Şahdağ istiqamətində elektrik xətlərini yeniləyir

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər