BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) "Heç kəsi kənarda qoymamaq üçün aqrar-ərzaq sistemlərinin transformasiyası" mövzusunda keçirilən xüsusi iclasında Azərbaycanın bu sahədə təcrübəsi üzv dövlətlərlə paylaşılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin üçüncü katibi Qəmər Səfərova iclasda çıxış edərək bildirib ki, rəqəmsal texnologiyalar və süni intellekt aqrar-ərzaq sistemlərinin transformasiyasında mühüm rol oynayır.
Diplomat qeyd edib ki, bu texnologiyalar informasiya, əməliyyat və monitorinq xərclərini azaltmaqla kənd təsərrüfatının səmərəliliyini artırır və yeni imkanlar yaradır.
Çıxışda qeyd olunub ki, Azərbaycan aqrar-ərzaq sistemlərinin rəqəmsal inkişafı və modernləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir:
"2026–2029-cu illəri əhatə edən Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində süni intellektə əsaslanan məsləhət xidmətlərinin və inteqrə olunmuş rəqəmsal platformaların tətbiqi nəzərdə tutulur. Məqsəd rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların təşviqi və rəqəmsallaşmanın iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsidir. Kənd təsərrüfatı və aqrar-ərzaq sektoru ölkədə iqtisadiyyatın şaxələndirilməsi üzrə dörd prioritet sahədən biri kimi müəyyən edilib. Bu istiqamətdə strateji yol xəritəsi qəbul olunub və 2019-cu ildə fermerlər üçün "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi (EKTİS) istifadəyə verilib. Platforma fermerlərin dövlət dəstəyi mexanizmlərinə və xidmətlərə çıxışını asanlaşdırır".
Q. Səfərova bu sahədə Azərbaycanın təcrübəsindən bəhs edib və bildirib ki, fermer və istehsalçıların yeni həlləri tətbiq edə bilmələri üçün onların bacarıq və resurslarla təmin olunması vacibdir. Bu məqsədlə tərəfdaşlıqlar və bilik mübadiləsi təşviq olunur. 2025-ci ilin may ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə dördüncüsü keçirilən Aqrobiznesin İnkişafı Forumu davamlı aqrar-ərzaq sistemlərinin inkişafı üçün mühüm platforma rolunu oynayıb.
Üçüncü katib, eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində rəqəmsal texnologiyalara əsaslanan yanaşmalar tətbiq edildiyini diqqətə çatdırıb.
Sonda diplomat Azərbaycanın inklüziv, dayanıqlı və rəqəmsal imkanlarla gücləndirilmiş aqrar-ərzaq sistemlərinin təşviqi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldığını vurğulayıb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur













