Ərdoğan: Sülh Şurasının Qəzzada davamlı sabitliyə töhfə verəcəyinə inanıram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sülh Şurasının Qəzzada arzulanan davamlı sabitliyə, atəşkəsə və nəhayət sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident bununla bağlı Efiopiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
"Qəzza məsələsi, fikrimcə, bəşəriyyətin vicdan imtahanıdır. Biz bu imtahanda harada dayandığımızı ilk gündən açıq şəkildə ortaya qoymuşuq", - o əlavə edib.
R.T.Ərdoğan deyib ki, bu mövzuda əsas məqsəd atəşkəsi qalıcı hala gətirmək, humanitar yardımları Qəzzaya fasiləsiz şəkildə çatdırmaq və ikidövlətli həll üçün zəmini gücləndirmək olmalıdır:
"Bütün bunlarla yanaşı, Qəzza üzrə Sülh Şurasının da məhz belə bir məqsədə xidmət etməsini arzulayırıq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Efiopiya səfiri: Azərbaycanın Afrika ilə əməkdaşlığı gücləndirməyə verdiyi prioritet müdrik bir qərardır - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













