Astarada anasını qətlə yetirən şəxsə hökm oxunub
Far.Az xəbər saytı

Astarada anasını qətlə yetirən şəxsə hökm oxunub


Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Far.Az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Murad Kazımzadənin cinayəti sübuta yetirilib. Ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinən Murad Kazımzadə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər