Hesablama Palatası ADB-yə əməkdaşlıq təklifləri təqdim edib
Hesablama Palatası Asiya İnkişaf Bankına (ADB) müxtəlif istiqamətlərdə əməkdaşlıq təklifləri təqdim edib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumda ADB-nin (AİB) Dövlət sektorunun idarə edilməsi və dövlət sektorunda idarəetmə qrupu üzrə ölkəmizdə səfərdə olan missiyası ilə görüş keçirilib. Görüşdə Palatanın Aparat rəhbəri və struktur bölmə rəhbərləri iştirak ediblər.
Dövlət Sektorunun İdarəedilməsi və İdarəetmə Sektorunun direktoru Navendu Karan Hesablama Palatası ilə ADB arasında formalaşan ilkin əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirildiyini bildirib və bundan əvvəl onlayn formatda keçirilmiş görüşdə müzakirə olunan məsələlərə toxunub. O, eyni zamanda, gələcək əməkdaşlıq çərçivəsində Palatanın irəli sürəcəyi təkliflərin müzakirəsinə hazır olduqlarını vurğulayıb.
Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə qurumun təkliflərini diqqətə çatdırıb, qeyd edib ki, Palasının 2026-2030-cu illər üzrə yeni Strateji Planında nəzərdə tutulmuş hədəflərin reallaşdırılması, xüsusilə yeni qurulan Dövlət Auditi İnformasiya Sisteminin (DAİS) təkmilləşdirilməsi, həmkar ali audit orqanları ilə audit fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində bilik və təcrübə mübadiləsinin aparılması, Palatanın institusional potensialının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
ADB nümayəndələri təklifləri yüksək qiymətləndirərək növbəti addımların atılması üçün müvafiq tədbirlərin görüləcəyini bildiriblər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə













