Sabunçu sakinlərinə SEVİNDİRİCİ XƏBƏR
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən Leyla Məmmədbəyova küçəsində təmir işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, küçənin ümumi uzunluğu 1 700 metr, orta eni isə 11,5 metr təşkil edir.
"Təmir işləri çərçivəsində küçənin 570 metrlik hissəsində (Yavər Əliyev və Əhmədbəy Ağayev küçələri arası) deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılıb. Əvəzində 6 500 kvadratmetr sahədə yeni asfalt-beton örtüyü döşənib. Bununla yanaşı, zəruri hissələrdə səki daşları yenilənib.
Təmir işləri "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə və əvvəlcədən tərtib olunmuş iş qrafikinə əsasən həyata keçirilir. İşlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün əraziyə kifayət qədər canlı qüvvə və xüsusi texnika cəlb olunub.
Görülən işlər nəticəsində yol örtüyünün keyfiyyətinin artırılması və rahat gediş-gəlişin təmin edilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













