Rusiyada yumurtanın qiyməti yenidən kəskin bahalaşıb
Far.Az xəbər saytı

Rusiyada yumurtanın qiyməti yenidən kəskin bahalaşıb


Rusiyada yumurtanın topdansatış qiymətləri yenidən artıb.

Far.Az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayının ortalarınadək Moskvada C1 kateqoriyalı yumurtaların topdansatış qiyməti 80 faizdən çox yüksəlib.

Fevralın 15-nə olan məlumata əsasən, yumurtanın topdansatış qiyməti bir ay ərzində 83,3 faiz, illik müqayisədə isə 89,7 faiz artıb. Əsas ərzaq məhsullarından birinin bahalaşması yaxınlaşan Pasxa ilə əlaqələndirilir. Nəticədə fevralın ortalarında Moskvada on ədəd yumurtanın qiyməti 110 rubla (2.43 AZN) çatıb.

Bundan əlavə, ötən il bazarda həddindən artıq istehsal qeydə alındıqdan sonra sahə üzrə şirkətlər toyuq sayını azaltmağa başlayıb. Bu isə məhsul buraxılışının azalmasına səbəb olub.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər