Naxçıvanı su ilə təmin edən hidrotexniki qurğular yenidən qurulacaq
Far.Az xəbər saytı

Naxçıvanı su ilə təmin edən hidrotexniki qurğular yenidən qurulacaq


Naxçıvan Muxtar Respublikasını su ilə təmin edən hidrotexniki qurğular yenidən qurulacaq və əsaslı təmir ediləcək.

"Far.Az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, "Qaraçuq-1" nasos stansiyası və nasos stansiyasından qidalanan, Naxçıvançayın sol və sağ sahilində Babək rayonuna xidmət edən, həmçinin, Əlincəçaydan və Bənəniyar su anbarından qidalanan hidrotexniki qurğular yenidən qurulacaq.

Bundan başqa, Şahbuz rayonunda əkin sahələrinin suvarılmasına xidmət edən, Kəngərli rayonunda Arpaçaydan qidalanan, həmçinin, Şərur rayonunda Arpaçaydan qidalanan hidrotexniki qurğular, eyni zamanda, Şərur rayonunda Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətləri də yenidən qurulacaq.

Eyni zamanda, Sədərək rayonunda Araz çayından qidalanan, Ordubad rayonunda Araz çayından və Gilançaydan qidalanan, həmçinin, Culfa rayonunda Araz çayından qidalanan hidrotexniki qurğular isə əsaslı təmir ediləcək.

Oxşar xəbərlər

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər