Ötən ay avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb
Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb.
"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur.
Hesabat dövründə 142 milyon 860,1 min sərnişin avtobusdan istifadə edib. Bu, 2025-ci il ilə müqayisədə 10 milyon 582,2 min nəfər və ya 8 % çoxdur.
Yanvarda minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 294,1 min nəfər və ya 5 % artaraq 6 milyon 176 min nəfər olub.
Sərnişinlərin 95,9 %-i avtobus, 4,1 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
Qeyd edək ki, 2026-ci ilin ilk ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 59 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə daşınıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)













