ƏMDX ötən il işğaldan azad edilmiş ərazilərdə 6 min hektar ərazinin icarəyə verilməsinə razılaşıb
Far.Az xəbər saytı

ƏMDX ötən il işğaldan azad edilmiş ərazilərdə 6 min hektar ərazinin icarəyə verilməsinə razılaşıb


2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 5 930 hektar torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən 4 müraciət daxil olub.

"Far.Az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki dövrlərdə daxil olmuş işlər nəzərə alınmaqla 2691,66 ha torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib.

Bundan başqa, ötən il işğaldan azad edilmiş ərazilərdə yerləşən torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 252 müraciət daxil olub. Əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla 5 540 hektar torpaq

sahəsi üzrə 209 müraciətə müsbət rəy verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - MƏBLƏĞLƏR
Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər