Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Malayziya arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək Malayziya şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib. Bu xüsusda, müvafiq dövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
J. Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.
Görüşdə həmçinin Azərbaycanın cari ildə bir sıra mühüm beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













