İsrail İrana hücumları gücləndirəcək
Far.Az xəbər saytı

İsrail İrana hücumları gücləndirəcək


İsrailin Baş naziri Binyamin Netanyahu yaxın gələcəkdə İrana hücumları gücləndirmək niyyətində olduğunu açıqladı və hərbi kampaniyanın davam etdirilməsi əmrini verib.

"Far.Az" xəbər verir ki, bu barədə Netanyahu xalqa videomüraciətində bildirib.

Çəkiliş təhlükəsizlik sahəsindəki əsas şəxslərlə - müdafiə naziri, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi və Mossad rəhbəri ilə görüşdən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyinin kompleksinin damında aparılıb.

"Mən kampaniyanı davam etdirmək üçün təlimat verdim. Qüvvələrimiz hazırda Tehranın mərkəzinə artan güclə zərbələr endirir və bu güc yaxın günlərdə yalnız güclənəcək", - deyə o bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər