Kamran Əliyev: BPA-ya üzv dövlətlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir
Far.Az xəbər saytı

Kamran Əliyev: BPA-ya üzv dövlətlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir


Böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir.

"Far.Az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının açılışında deyib.

Baş prokuror bildirib ki, dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq:

"Ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər