Səudiyyə Ərəbistanı təhlükəsizlik üçün tədbirlər görməyə hazır olduğunu bildirib
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanı təhlükəsizlik üçün tədbirlər görməyə hazır olduğunu bildirib


Səudiyyə Ərəbistanı hakimiyyəti Krallığın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirib.

"Far.Az"un "Al Hadath TV" telekanalına istinadən məlumatına görə, bu barədə hökumətin fövqəladə iclasının yekunlarına əsasən bəyanatında bildirilib.

"Səudiyyə Ərəbistanı öz ərazisini, vətəndaşlarını və sakinlərini qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - bəyanatda deyilir.

Nazirlər Kabineti həmçinin əraziləri İranın zərbələrinə məruz qalan regional dövlətlərə dəstəyini ifadə edib.

Bundan əlavə, bəyanatda bildirilir ki, Krallıq hakimiyyəti münaqişə səbəbindən Səudiyyə Ərəbistanı hava limanlarında qalan Fars körfəzi ölkələrinin vətəndaşlarına yardım göstərilməsinə nəzarət edir.

Oxşar xəbərlər

Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər