"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək
Far.Az xəbər saytı

"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək


Aprelin 22-də, saat 15:00-da "Bank of Baku" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Far.Az" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
"AFB Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər