Ukraynalı deputat Naxçıvana dron hücumu haqqında: Bakının təhlükəsizliyi sabah Avropanın təhlükəsizliyidir
Bu gün İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu sadəcə adi hadisə deyil.
Bunu "Far.Az"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Yuri Kamelçuk deyib.
O deyib ki, belə bir hal ukraynalılar üçün bu ağrılı dərəcədə tanış görünür:
"Hər gecə Kiyevi və Odessanı hədəf alan eyni İran texnologiyaları indi Qafqazda mülki obyektlərə - hava limanına və məktəbə zərbə endirir.
Bu geosiyasət və Ukrayna üçün niyə kritik əhəmiyyət daşıyır?"
O qeyd edib ki, İran "neytral oyunçu" maskasını tamamilə atıb dünyəvi, suveren dövlətə qarşı birbaşa təcavüzə keçdi. Deputat vurğulayıb ki, bu, dünyanın böyük müharibəyə diqqətini yönəltdiyi bir vaxtda Cənubi Qafqazı sabitsizləşdirmək üçün birbaşa cəhddir:
"İkincisi, bu Türkiyə üçün bir çağırışdır. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan müttəfiqdir və onun təhlükəsizliyi Ankara üçün prioritetdir. Biz Türkiyənin regiondakı rolunun köklü dəyişikliyini görə bilərik ki, bu da Qafqazda nüfuzunu itirən Rusiyanı yeni razılaşmalara və ya təxribatlara məcbur edəcək".
Y.Kamelçuk hesab edir ki, bu, Ukrayna üçün isə bu daha bir sübutdur:
"Tehran-Moskva şər oxu vahid bir orqanizmdir. Azərbaycana qarşı təcavüz Avropaya alternativ enerji marşrutlarına zərbə və cənub cinahlarımızda xaos yaratmaq cəhdidir. Ukrayna Azərbaycan xalqı ilə həmrəydir. Biz israr edirik: dünya İran təhdidini neytrallaşdırmaq üçün səylərini birləşdirməlidir, bu təhdid bütün Avrasiya qitəsini alovlandırmamışdan əvvəl. Bakının bu günkü təhlükəsizliyi sabah bütün Avropanın təhlükəsizliyidir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













