Belçikanın Bakıdakı səfirliyi İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyib
Belçikanın Bakıdakı səfirliyi İranın dünən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələri pisləyib.
Far.Az xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan (İran tərəfindən - red.) sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir. Mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirik. Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













