Ceyhun Bayramov: İlin ikinci yarısında Azərbaycan-Moldova siyasi məsləhətləşmələri keçiriləcək
2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoy ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir Azərbaycan-Moldova əlaqələrini onilliklərə söykənən çox səmimi, açıq dostluq münasibətləri kimi səciyyələndirib:
"Ölkələrimiz arasında yüksək səviyyəli dialoqu, liderlər arasında olan səmimi münasibətləri, mütəmadi görüşləri qeyd edə bilərik. Biz beynəlxalq tədbirlər çərçivəsində davamlı görüşlər keçirir, müzakirələr aparırıq. İkitərəfli qarşılılqlı səfərlərin isə əlbəttə ki xüsusi əhəmiyyəti var.
C.Bayramov iki ölkə arasında siyasi məsləhətləşmələr formatının mövcudluğunu xatırladıb:
"2026-cı ilin ikinci yarısında da Azərbaycan və Moldova arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək. İki ölkə arasında 2026-2027-ci illər üçün məsləhətləşmələr haqqında sənəd imzaladıq".
XİN başçısı qeyd edib ki, moldovalı həmkarı ilə müzakirələrdə iki ölkə arasındakı bütün istiqamətlərə toxunulub: "İkitərəfli münasibətlər, beynəlxalq platformalardakı əməkdaşlıq, regional təhlükəsizlik və qlobal məsələlərə yer verdik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













