Azərbaycan neftinin qiyməti 103 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,41 ABŞ dolları və ya 8,89 % artaraq 103,03 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 102,84 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 8,6 ABŞ dolları və ya 9,5 % artaraq 99,10 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan neftinin qiyməti 64 dolları keçib
Azərbaycan neftinin qiyməti 69 dollardan aşağı düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır













