Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"
Far.Az xəbər saytı

Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"


Bu gün Omanın paytaxtı Maskatdan Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər.

"Report" xəbər verir ki, təxliyə edilənlərdən biri Xəqani Süleymanov bildirib ki, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri - BƏƏ) 10 gün ərzində əla şəraitlə təmin olunublar və təxliyə prosesi yüksək səviyyədə həyata keçirilib.

"Başda Prezident İlham Əliyev olmaqla, qayğımıza qalanlara təşəkkür edirəm. Allah dövlətimizi, millətimizi, canımızdan çox sevdiyimiz vətənimizi qorusun", - əlavə edib.

Təxliyə olunan digər vətəndaş Elnarə Tağıyeva isə deyib ki, o, BƏƏ-nin Əbu-Dabi şəhərində olub: "Bu təxliyənin həyata keçirilməsinə görə ilk növbədə dövlət başçısına, eyni zamanda, BƏƏ-dəki səfirliyimizə, Dubaydakı konsulluğumuza, AZAL-a ("Azərbaycan Hava Yolları" QSC) və bu prosesdə əməyi olan hər kəsə minnətdarıq. Təxliyə prosesi yüksək səviyyədə və çox yaxşı təşkil olunub. Arzumuz odur ki, hər zaman birlik olsun və belə məsələlər gələcəkdə də bu cür operativ şəkildə təşkil edilsin".

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər