Məsud Pezeşkian ABŞ hərbi bazalarından İrana edilən hücumlara dözülməyəcəyi barədə xəbərdarlıq edib
İran prezidenti Məsud Pezeşkian ABŞ hərbi bazalarından İrana edilən hücumlara dözülməyəcəyi barədə xəbərdarlıq edib
Far.Az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Məsud Pezeşkian Oman sultanı Heytəm bin Tariq Əl-Səidlə regional və beynəlxalq nəticələri müzakirə edərkən bildirib.
Baş tutan danışıqlar zamanı Pezeşkian İranın bütün regional ölkələrə və Qərbi Asiya bölgəsində sabitliyə dərin hörmətini bir daha təsdiqləyib, lakin regionda yerləşən ABŞ hərbi bazalarından İrana qarşı edilən hər hansı bir hücumun tamamilə qəbuledilməz olacağı barədə xəbərdarlıq edib.
Pezeşkian vurğulayıb ki, İrana edilən hücumlar İranın ABŞ ilə dolayı danışıqlar apardığı bir vaxtda baş verib.
İran prezidenti eskalasiyanın əhəmiyyətli insan və infrastruktur itkiləri ilə nəticələndiyini bildirib.
O, Minabda bir məktəbə edilən hücumda 168 şagirdin həlak olduğu hadisəyə işarə edərək, bunu hücumçuların beynəlxalq və humanitar prinsiplərə məhəl qoymamasının sübutu kimi xarakterizə edib.
Gərginliyə baxmayaraq, Pezeşkian İranın qonşu ölkələrlə münasibətlərə dəyər verdiyini və regionda əməkdaşlığın genişləndirilməsinə üstünlük verdiyini vurğuladı. Bununla belə, o, regional dövlətlərdə yerləşən ABŞ hərbi bazalarından edilən hücumlara dözülməyəcəyi barədə xəbərdarlıq etdi.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













