Azərbaycanın ev sahibliyi ilə BMT-də qadınların hüquqlarına dair tədbir keçirilib
BMT-nin Baş Qərargahında Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələri üzrə qadınların gücləndirilməsi" mövzusunda yüksək səviyyəli yan tədbir keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən AQEM Katibliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirin məqsədi AQEM regionunda qadınların səlahiyyətlərinin artırılması, onların qərar qəbul etmə proseslərində iştirakının genişləndirilməsi və bu sahədə dövlətlər arasında daha sistemli və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələlərini müzakirə etmək olub.
Panel müzakirəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların idarəetmə və qərar qəbul etmə proseslərində geniş təmsil olunmasının regional sabitlik və davamlı inkişaf üçün vacib olduğunu bildirib. O qeyd edib ki, qadınların siyasi, iqtisadi və sosial həyatda fəal iştirakı yalnız gender bərabərliyi deyil, həm də inkişaf və təhlükəsizlik məsələsidir.
Komitə sədri qızların təhsil hüququnun qorunması, erkən nikahların qarşısının alınması, qadınların hüquqi maarifləndirilməsi və iqtisadi imkanlara çıxışının genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
Panel müzakirəsində AQEM Baş katibinin müavini Zhang Ling, Türkiyə Böyük Millət Məclisinin deputatı Çiğdem Ərdoğan, Qırğızıstanın BMT yanında daimi nümayəndəsi Aida Kasımalieva və BMT Qadınlar Təşkilatının Sülh və Təhlükəsizlik bölməsinin rəhbəri Paivi Kannisto da çıxış ediblər.
Çıxışçılar qadınların gücləndirilməsi mövzusunda belə mühüm müzakirə platformasının təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirərək bu təşəbbüsün AQEM məkanında əməkdaşlığın genişlənməsinə və qadınların qərar qəbul etmə proseslərində iştirakının artırılmasına töhfə verəcəyini vurğulayıblar.
Tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırovanın moderatorluğu ilə baş tutub və sual-cavab sessiyası ilə yekunlaşıb.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur
-
ABŞ Livan və İsrail arasında atəşkəsin uzadılması üzərində işləyir













