Əraqçi: Bu müharibə bizə zorla qəbul etdirilib
Far.Az xəbər saytı

Əraqçi: Bu müharibə bizə zorla qəbul etdirilib


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailə qarşı aparılan müharibə strategiyası haqqında danışıb.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC-yə müsahibəsində deyib.

"Bir daha vurğulamalıyam ki, bu, bizim müharibəmiz deyil; bizə zorla qəbul etdirilmiş müharibədir", - o deyib. XİN rəhbəri əlavə edib ki, savaşı İran başlamayıb:

"Biz sadəcə özümüzü müdafiə edirik və bu müharibə bir daha təkrarlanmayacaq şəkildə sona çatana qədər özümüzü müdafiə etməyə davam edəcəyik".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər