Bakıdakı Qazaxıstan səfirliyində səsvermə keçirilir
Far.Az xəbər saytı

Bakıdakı Qazaxıstan səfirliyində səsvermə keçirilir


Qazaxıstanın Bakıdakı səfirliyində yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində səsvermə keçirilir.

"Far.Az"un məlumatına görə, bu barədə Qazaxıstanın Bakıdakı səfirliyi məlumat verib.

Yerli vaxtla saat 16:00-a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 162-si səs verib.

Seçicilər arasında Azərbaycan universitetlərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin Azərbaycandakı filiallarının əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn qazaxıstanlı məktəblilərin valideynləri və müəllimləri var idi.

Xatırladaq ki, səfirlikdəki seçki məntəqəsi səsvermə üçün Bakı vaxtı ilə saat 20:00-a qədər açıq olacaq.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər