BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir
Hörmüz boğazı ilə bağlı məsələ çox ciddi və risklər yüksəkdir.
"Far.Az"un ABŞ bürosunun xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüsü barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Sözçü qeyd edib ki, mətbuatda BMT-nin Hörmüz boğazı ətrafında rəhbərlik edə biləcəyi təşəbbüslə bağlı müxtəlif ehtimallar səsləndirilir.
O bildirib ki, belə hallarda ehtiyatlı yanaşma vacibdir. Qara dəniz taxıl təşəbbüsü hazırlanarkən də səssizlik ən doğru yanaşma olub.
Sözçünün sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş yüksək səviyyəli rəsmilərlə müntəzəm əlaqə saxlayır.
S. Dujarrik vurğulayıb ki, təşkilat fəaliyyətini diplomatik kanallar vasitəsilə davam etdirəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













