Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
"Far.Az" xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə təşkil olunub.
Konfransda Afrika ölkələrinin, xüsusilə Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və onun idarəçiliyi altında olan Mayot adasının nümayəndələri iştirak edirlər.
Konfrans iştirakçılarından biri də tanınmış fəal, “URGENCES PANAFRICANISTES” adlı QHT-nin rəhbəri Kemi Sebadır. K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hökumət orqanları K.Sebanı sağçı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün bir neçə dəfə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.
Foto: Ehtiram Cəbiyev
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BTQ Mayot adasının qanunsuz işğalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Kemi Seba: Fransa Afrikada müstəmləkəçilik siyasətini davam etdirir
BTQ-nin təşəbbüsü ilə keçirilən konfransda “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













