Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib
Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq tenderi yenidən elan edib.
"Report"un yerli bürosu bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamentinə istinadən xəbər verir.
Qurumun açıqlamasına əsasən, nəzarət xidmətlərinin ümumi təxmini məbləği 19 milyon avro həcmindədir.
Məlumata görə, Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq tranzit dəhlizlərinin əhəmiyyətli seqmentini təşkil edir və Gürcüstanın magistral yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədlərinə qovuşdurur.
Layihə daxilində beynəlxalq yol təhlükəsizliyi normalarına müvafiq olaraq, 61,3 km uzunluğunda 4 zolaqlı, beton örtüklü və müasir işıqlandırma sistemi ilə təmin edilmiş avtomobil yolunun inşası nəzərdə tutulub. Eyni zamanda, 26 körpü və 11 yol qovşağının tikilməsi də planın tərkib hissəsidir. Bu istiqamətdə işlər dörd ayrı hissəyə bölünmüşdü və ilkin planlara uyğun olaraq, tikinti prosesinin 2025-ci ildə başlaması və 30 aylıq müddət ərzində mərhələli qaydada yekunlaşdırılması nəzərdə tutulurdu.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının (EIB) krediti və dövlət büdcəsinin ortaq vəsaitləri hesabına həyata keçirilir. Bank bu təşəbbüs üçün 250 milyon avro kredit vəsaiti ayırıb. Əsas yol hissələrinin layihələndirilməsi isə Dünya Bankının dəstəyi ilə Hollandiyalı şirkət tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













