Azərbaycan XİN: Ermənistan normallaşma və qarşıdurma arasında seçim etməlidir
Far.Az xəbər saytı

Azərbaycan XİN: Ermənistan normallaşma və qarşıdurma arasında seçim etməlidir


Azərbaycan tərəfi Ermənistanı pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyin Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan və Fransanın təxribatçı addımlarının iflasa uğramasına dair bəyanatında yer alıb.

Qeyd olunub ki, Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir:

“Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir”.

Oxşar xəbərlər

XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər