Mahaçqalada su basmış evlərdən 300-dən çox insan təxliyə edilib
Far.Az xəbər saytı

Mahaçqalada su basmış evlərdən 300-dən çox insan təxliyə edilib


Mahaçqalada su basmış evlərdən təxliyə edilən sakinlərin sayı 360 nəfəri ötüb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidmətindən bildirilib.

"Saat 11.00-a olan məlumata görə, 366 nəfər təxliyə edilib. Müvəqqəti yerləşdirmə məntəqələrində 199 zərərçəkmiş yerləşdirilib", – məlumatda qeyd olunub.

Təxliyə edilənlər bir neçə mehmanxana və Maliyyə-İqtisad Kollecinin yataqxanasında yerləşdirilib.

Xəbər verildiyi kimi, Mahaçqalada yağışlar səbəbindən su basmış fərdi evlərdən 80-dən çox adam təxliyə edilib. Bundan başqa, şəhərdə fövqəladə vəziyyət elan olunub.

Oxşar xəbərlər

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər